Avropa İttifaqı orqanik məhsulların istehsalı və idxalı qaydalarını sadələşdirir

A- A A+

Avropa İttifaqı Şurasına sədrlik edən İrlandiya və Avropa Parlamenti orqanik məhsulların istehsalı, etiketlənməsi, sertifikatlaşdırılması və ticarətinə dair yenilənmiş qaydalarla bağlı ilkin razılığa gəlib.

NUHÇIXAN xəbər verir ki, razılaşma kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətini artırmaq, fermerlər və biznes subyektləri, xüsusilə kiçik sahibkarlar üçün inzibati yükü azaltmaq məqsədi daşıyır.

Yeni qaydalara əsasən, qablaşdırılmamış orqanik məhsulları birbaşa istehlakçılara satan kiçik operatorlar üçün sertifikatdan azadolma üzrə illik dövriyyə həddi 20 min avrodan 40 min avroya, illik satış həcmi isə 5 min kiloqramdan 10 min kiloqrama qaldırılacaq.

Bundan başqa, orqanik məhsulların istehsal standartları Avropa İttifaqı tələblərinə ekvivalent sayılan 11 qeyri-üzv ölkə ilə bağlı mövcud tanınma müddəti 2036-cı il dekabrın 31-dək uzadılacaq. Bu, beynəlxalq ticarətin davamlılığını və istehlakçı etimadını qorumağa xidmət edəcək.

İlkin razılaşma Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: