ABŞ Prezidentinin xüsusi nümayəndəsi Rusiyaya gələcək

A- A A+

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Osloda Ukrayna təmsilçiləri ilə danışıqlardan sonra oktyabrın 21-də Rusiyaya səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe bildirib. O, Donald Trampın xüsusi nümayəndəsinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarını konstruktiv adlandırıb.

Uitkoffun Rusiyaya səfər planlarını TASS agentliyinin mənbəyi də təsdiqləyib. Görüşün Sankt-Peterburqda keçirilib-keçirilməyəcəyi məlum deyil.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndəsinin səfəri ərəfəsində Moskvanın Stiv Uitkoff və Cared Kuşnerin təkliflərini nəzərdən keçirəcəyini, lakin siyasi güzəştlərə getməyəcəyini bəyan edib.

Nazirin sözlərinə görə, Rusiya iqtisadi razılaşmalara və Qərblə münasibətlərin bərpasına hazırdır, lakin münasibətlərin 2022-ci ilədək mövcud olmuş formatına qayıdış olmayacaq. O, həmçinin Rusiya hakimiyyətinin sanksiyalar məsələsində Donald Tramp administrasiyasından “heç bir möcüzə” gözləmədiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: