Burkina Faso ölüm hökmünü bərpa edib

A- A A+

Burkina Fasonun cinayət məcəlləsində ölüm hökmü səkkiz illik fasilədən sonra bərpa edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Radio Omega” məlumat yayıb.

Məlumata görə, ölkənin Milli Qanunvericilik Assambleyasının üzvləri ölüm hökmünün bərpasına yekdilliklə səs veriblər.

Ədliyyə naziri Edasso Rodrige Bayala bildirib ki, qərarın məqsədi ictimai asayişi möhkəmləndirmək, vətəndaşları və onların əmlakını qorumaqdır.

Nazirin sözlərinə görə, ölüm hökmü terror fəaliyyəti, dövlətə xəyanət və müharibə cinayətlərində təqsirli bilinən şəxslərə tətbiq ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: