İran zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmayacağını bəyan edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirlə görüşündə bildirib.
“Tasnim” agentliyinin məlumatına görə, Rzayi zənginləşdirilmiş uranın İran xalqının milli sərvəti olduğunu və ölkə daxilində istifadə ediləcəyini vurğulayıb.
O, ABŞ rəhbərliyi etimad yaratmaq istiqamətində addımlar atmayana və İranın şərtləri yerinə yetirilməyənə qədər Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadıqlarını bildirib.
Qeyd edək ki, ABŞ daha əvvəl İrandan zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyi tələb edib. İran Prezidenti Məsud Pezeşkian isə sentyabrda ABŞ ilə razılaşma əldə olunacağı təqdirdə, Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazır olduğunu bildirmişdi.
