ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqda səfərdədir

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffu qəbul edəcək. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsi olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, tərəflər arasında görüşün əvvəlcədən razılaşdırıldığını qeyd edib. Danışıqlarda Rusiya Prezidentinin elçisi Kirill Dmitriyev də iştirak edəcək.

Uşakov bildirib ki, Moskva Cared Kuşnerin xəstəliyi səbəbindən danışıqlar üçün Rusiyaya gələ bilməməsi barədə məlumatlandırılıb. Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, rəsmi Moskva Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlamayıb.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Uitkoffun Oslodan Sankt-Peterburqa uçduğunu açıqlayıb. O, Norveç paytaxtında Ukrayna Prezidenti Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş nazirinin iştirakı ilə danışıqlar aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: