İraq İranla sərhəddə daha bir keçid məntəqəsini müvəqqəti bağlayıb

A- A A+

İraqın sərhəd rəsmisi çərşənbə günü bildirib ki, İraq İranla Şib sərhəd-keçid məntəqəsini təhlükəsizliyi yoxlamaq və qadağan olunmuş materialların qaçaqmalçılığının qarşısını almaq üçün aşkarlama avadanlığı quraşdırmaq məqsədilə bağlayıb.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, digər iki mənbənin məlumatlarına görə, Şib keçid məntəqəsi növbəti xəbərdarlığa qədər sərnişinlər, nəqliyyat vasitələri və kommersiya yük maşınları üçün bağlı olacaq.

İraq rəhbərliyi sentyabrda Səudiyyə Ərəbistanına dron hücumlarından sonra ehtiyat tədbiri olaraq İranla başqa bir keçid məntəqəsi olan Şalamçenin bağlanmasını əmr edib. Ər-Riyad həmin vaxt dronların İraqdan buraxıldığını bildirmişdi.

Rəsmi Bağdad hesab edir ki, Şibdəki mövcud təhlükəsizlik tədbirləri zəif və qeyri-kafidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: