"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib

A- A A+

İspaniya təmsilçisi "Barselona" UEFA Çempionlar Liqasında ardıcıl qol buraxdığı oyunların sayına görə klub antirekordunu yeniləyib.

NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, bu, komandanın Fransada PSJ-yə uduzduğu (2:4) Liqa mərhələsinin III turunun matçında baş verib.

Kataloniya təmsilçisi Avropanın bir nömrəli klub turnirində ardıcıl 18 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib. Parisdəki görüşdə meydan sahiblərindən Dezire Due, Lukas Ernandes, Vitinya və Fabian Ruis fərqləniblər. İspaniya klubunun heyətində isə Xavi Espart və Lamin Yamal adlarını tabloya yazdırıblar.

Görüşdən öncə UEFA kataloniyalıların qitənin ən nüfuzlu klub turnirində ardıcıl 17 oyunda qol buraxdığını diqqətə çatdırmışdı. Bu statistik göstərici yalnız Çempionlar Liqası matçlarını əhatə edir.

Qeyd edək ki, "Barselona" Liqa mərhələsinin ilk iki turunda "Feyenoord"a (5:1) və "Qalatasaray"a (4:1) qalib gəlib. Komanda cari mövsümün üç matçında qapısında ümumilikdə 6 qol görüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: