Gürcüstan Hökuməti Administrasiyası Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimi ilə bağlı xərclərə dair məlumat yayıb.
NUHÇIXAN xəbər verir ki, administrasiya tərəfindən yayılan bəyanatda bildirilir ki, Gürcüstan Hökumətinin fərmanına əsasən, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün Mədəniyyət Nazirliyinə Hökumətin Ehtiyat Fondundan 3 milyon lari ayrılıb.
Qeyd olunur ki, sonradan Gürcüstan Hökumətinin həmin fərmanına dəyişiklik edilib və Ehtiyat Fondundan Mədəniyyət Nazirliyinə ayrılan məbləğ 722 min 645 lari həcmində müəyyənləşdirilib. Müvafiq olaraq, büdcəyə 2 milyon 277 min 355 lari qaytarılıb.
Xatırladaq ki, Gürcüstanın keçmiş mədəniyyət naziri Tika Ruxadze vəsaitləri mənimsəməkdə və Patriarx II İlyanın dəfn xərcləri ilə bağlı korrupsiya işində iştirak etməkdə şübhəli bilinirdi.
Dövlət vəsaitlərinin istifadəsi ilə bağlı mümkün korrupsiya sxemləri barədə iddialardan sonra Patriarx III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb etmişdi.
