"Çampi" qasırğası yaxın günlərdə Filippin, Çin və Yaponiyaya şiddətli leysan yağışları və güclü küləklər gətirəcək.
NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Asiya mediası məlumat yayıb.
Qeyd olunub ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, çərşənbə günü səhər saatlarına olan vəziyyətə əsasən, "Çampi" saatda 25 km sürətlə şimal-qərb istiqamətində hərəkət edib və Filippinin şərq sahillərindən təxminən 1000 km məsafədə yerləşib. Yapon meteoroloqlarına görə, maksimal dayanıqlı küləyin sürəti saatda 290 km-ə çatıb.
ABŞ-nin Birləşmiş Tayfun Xəbərdarlığı Mərkəzinin məlumatına görə, fırtına Filippinin şimal hissəsi boyunca keçəcək və cümə günü Tayvana yaxınlaşacaq.
