Hindistanın ən böyük bankı olan Hindistan Dövlət Bankı kiberhücum nəticəsində 3897 müştərinin şəxsi məlumatlarının internetdə yayıldığını təsdiqləyib.
NUHÇIXAN Sinxuaya istinadla xəbər verir ki, yayılan məlumatlara müştərilərin adları, mobil telefon nömrələri, doğum tarixləri, elektron poçt və ev ünvanları daxildir.
Bank hadisə ilə bağlı araşdırma başladığını və təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib. Qeyd olunub ki, məlumat sızmasının bankın əsas fəaliyyətinə və maliyyə vəziyyətinə ciddi təsir göstərəcəyi gözlənilmir.
