Ficidə quraqlığın şiddətlənəcəyi və güclü siklonların baş verəcəyi gözlənilir

A- A A+

Ficidə “El-Ninyo” iqlim hadisəsinin güclənməsi səbəbindən qarşıdakı aylarda quraqlığın şiddətlənəcəyi və su çatışmazlığının artacağı gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fici Meteorologiya Xidməti məlumat yayıb. Mütəxəssislər 2026-2027-ci il tropik siklon mövsümündə ölkəyə iki-üç siklonun təsir edə biləcəyini bildiriblər. Onlardan bəzilərinin güclü olması ehtimal edilir.

Mütəxəssislər su çatışmazlığı yaşayan sakinləri yağış sularını toplamağa və su təchizatı üçün müvafiq qurumlara müraciət etməyə çağırıblar. Əhaliyə evləri möhkəmləndirmək, suötürücü kanalları təmizləmək və fövqəladə hallar üçün zəruri ehtiyatlar hazırlamaq tövsiyə olunub.

Meteoroloqlar xəbərdarlıq ediblər ki, güclü küləklər, leysan yağışları və daşqınlar ölkənin müxtəlif bölgələrində təhlükə yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: