Yaponiyanın bir sıra bölgələrində havanın temperaturu 33 dərəcəni ötüb.
NUHÇIXAN Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin cənub-qərbindəki Miyazaki prefekturasının Hyuqa şəhərində temperatur 33,6, Yamanasi prefekturasının Kofu şəhərində isə 33,5 dərəcəyədək yüksəlib.
Məlumata görə, ölkə üzrə 914 meteoroloji müşahidə məntəqəsinin 157-də temperatur 30 dərəcə və daha yüksək olub.
Yaponiya Meteorologiya Agentliyi isti havanı Sakit okean üzərindəki yüksək təzyiq sahəsinin təsiri ilə əlaqələndirib. Proqnoza əsasən, cümə axşamı temperaturun aşağı düşəcəyi gözlənilir.
