Konqo Demokratik Respublikasında Ebola epidemiyası təhlükəli miqyasda qalmaqdadır.
NUHÇIXAN xəbər verir ki, ölkənin Rabitə və Media Nazirliyinin yaydığı hesabata görə, ölkədə 9552 təsdiqlənmiş yoluxma və 4602 ölüm qeydə alınıb.
Hesabata əsasən, hazırda 937 xəstə təcrid olunub və ya xəstəxanaya yerləşdirilib. İndiyədək 2550 nəfər sağalıb.
Epidemiyanın ölüm göstəricisi 48,2, yoluxmuş şəxslərlə təmasda olanların izlənməsi səviyyəsi isə 76,9 faiz təşkil edir.
Nazirlik bildirib ki, son 24 saatda sağlamlıq zonalarında yeni yoluxma qeydə alınmayıb, 20 xəstə sağalıb.
