ABŞ Prezidenti Donald Tramp Stiven Habbardın və ailəsinin Rusiyadan ABŞ-yə qayıtdığını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.
“Bu, çoxdan Co Bayden və Demokratlar tərəfindən edilməli idi”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbard 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhərində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. O, Ukrayna tərəfində muzdlu döyüşçü kimi fəaliyyət göstərməkdə ittiham olunaraq 2024-cü ilin oktyabrında Rusiya məhkəməsi tərəfindən 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
