PHP-də aşkarlanan kritik boşluqlar bir sıra ölkələrdə dövlət saytlarının müvəqqəti bağlanmasına səbəb olub

A- A A+

Fransada və bir sıra digər ölkələrdə dövlət qurumlarının və media orqanlarının çoxsaylı internet saytları PHP proqramlaşdırma dilində iki kritik təhlükəsizlik boşluğunun aşkarlanmasından sonra oktyabrın 21-də profilaktik texniki xidmətə keçirilib. Məqsəd serverlərin kənar şəxslər tərəfindən ələ keçirilməsi riskinin qarşısını almaqdır.

NUHÇIXAN xəbər verir ki, PHP komandası təhlükəsizlik boşluqlarını aradan qaldıran yeniləmələr yayımlayaraq, onların dərhal quraşdırılmasına çağırıb. Fransanın İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentliyinə (ANSSI) bağlı CERT-FR qurumu bildirib ki, bu boşluqlar uzaqdan serverlərdə kod icrasına imkan verə bilər.

Paris Polis Prefekturasının məlumatına görə, ANSSI-nin müraciəti əsasında Daxili İşlər Nazirliyinin internetdən əlçatan olan bütün saytları profilaktik texniki xidmətə keçirilib. “Météo-France” meteoroloji proqnoz və xəbərdarlıq saytlarını da müvəqqəti bağlayıb. CNIL, “Vie-publique.fr”, “Les Échos” və “Challenges” saytlarında da əlçatanlıq problemləri qeydə alınıb.

Təhlükə beynəlxalq səviyyədə də tədbirlərə səbəb olub. ABŞ Milli Təhlükəsizlik Agentliyi dərhal qorunması mümkün olmayan sistemlərin müvəqqəti şəbəkədən ayrılmasını tövsiyə edib. Niderlandın Milli Kibertəhlükəsizlik Mərkəzi ehtiyat tədbiri olaraq əsas saytını bağlayıb, Finlandiya isə dövlət xidmətlərindəki fasilələr barədə məlumat verərək, yeniləmələrin tətbiqinə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: