İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində dörd gəmiyə zərbələr endirildiyini bəyan edib.
NUHÇIXAN "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
İran tərəfinin iddialarına görə, zərbələrdən sonra gəmilərdə yanğınlar baş verib. SEPAH həmçinin Hörmüz boğazının qərbində daha üç gəminin minaya düşdüyünü bildirib.
Bəyanatda ABŞ Silahlı Qüvvələri tərəfindən gələcək eskalasiyanın regiondakı ABŞ bazalarına birbaşa zərbələrlə nəticələnə biləcəyi barədə xəbərdarlıq yer alıb.
