Dünən axşam Səudiyyə Ərəbistanının Dəmmam beynəlxalq hava limanına endirilən raket zərbələri nəticəsində bir nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin bəyanatında bildirilib. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Vurğulanıb ki, hücum nəticəsində hava limanına da maddi ziyan dəyib.
