Pakistanda yanacaq qiymətlərinin artması fonunda milyonlarla sürücü dəstək proqramına müraciət edib

A- A A+

Pakistanda yanacaq qiymətlərinin artması fonunda 11,83 milyon nəqliyyat vasitəsi sahibi əhaliyə yanacaq dəstəyi proqramında qeydiyyatdan keçib.

NUHÇIXAN "Dawn"a istinadən xəbər verir ki, bu məlumatlar oktyabrın 14-nə olan vəziyyətə görə təqdim olunub.

Proqram aşağı gəlirli sürücülərə maaliyyə yardımını nəzərdə tutur.

Dəstək yanacaqdoldurma məntəqələrində istifadə edilə bilən elektron talonlar vasitəsilə göstərilir. Vətəndaşlar verilmiş 27,64 milyon talonun 91 %-dən çoxundan istifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: