Rusiya Prezidenti Vladimir Putin Baş nazirin yeni müavinlərini, həmçinin Nazirlər Kabinetinin rəhbərliyində və Nəqliyyat Nazirliyində vəzifələrə təyinatları təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, Oleq Kojemyako Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin edilib. O, bu vəzifədə Rusiya Prezidentinin köməkçisi təyin edilən Yuri Trutnevi əvəz edib.
Maliyyə nazirinin birinci müavini İrina Okladnikova Baş nazirin müavini və Hökumət aparatının rəhbəri təyin edilib. Dmitri Qriqorenko bu vəzifələrdən azad edilib.
Anton Siluanov maliyyə naziri vəzifəsində qalmaqla yanaşı, Baş nazirin müavini təyin edilib.
Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edilən Andrey Nikitin Baş nazirin müavini vəzifəsinə təyin edilib. Əvvəllər Federal Hava Nəqliyyatı Agentliyinə rəhbərlik etmiş Dmitri Yadrov Nəqliyyat Nazirliyinin yeni rəhbəri təyin edilib.
