Qırğızıstana un idxalını demək olar ki, tamamilə Qazaxıstan təmin edir. İlin əvvəlindən indiyədək ölkəyə ümumilikdə 103 min tondan çox un gətirilib.
NUHÇIXAN “24.kg” saytına istinadla xəbər verir ki, Antiinhisar Xidmətinin məlumatına görə, Qırğızıstanın illik una tələbatı təxminən 600 min tondur.
Qırğızıstan əsasən buğda və buğda-çovdar unu alır. Digər dənli bitkilərdən hazırlanan unun idxalı xeyli azdır və 1 851,4 ton təşkil edir. Bu məhsulun əsas tədarükçüsü Rusiyadır.
Qırğızıstandan un ixracı isə minimum səviyyədədir. Ölkədən Əfqanıstan, Çin və Özbəkistana kiçik həcmdə un göndərilib.
