Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb

A- A A+

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb. Rusiya tərəfi həmin meyitlərin Ukrayna hərbçilərinə məxsus olduğunu iddia edir.

Bu barədə NUHÇIXAN  Hərbi əsirlərlə davranış üzrə Koordinasiya Mərkəzinə istinadla xəbər verir.

“Qalxan üzərində: repatriasiya tədbirlərinin nəticəsi olaraq, Rusiya tərəfinin iddiasına görə, Ukrayna hərbçilərinə məxsus olduğu qeyd edilən 252 nəfərin meyiti Ukraynaya qaytarılıb”, – deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanlarının müstəntiqləri ekspertiza müəssisələrinin nümayəndələri ilə birlikdə repatriasiya edilən meyitlərin kimliyinin müəyyənləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəklər.

Meyitlərin ixtisaslaşmış dövlət müəssisələrinə daşınmasını Ukrayna Silahlı Qüvvələri Mərkəzi İcraiyyə Komitəsinin Tədbirlərə Dəstək üzrə Birgə Mərkəzinin şəxsi heyəti həyata keçirir. Həmin mərkəzin əməkdaşları meyitləri, həmçinin Daxili İşlər Nazirliyinin sisteminə daxil olan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinin sistemində fəaliyyət göstərən məhkəmə-tibbi ekspertiza qurumlarına təhvil verirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: