Yaponiyanın ticarət kəsiri cari maliyyə ilinin ilk yarısında (aprel-sentyabrda) Yaxın Şərqdəki münaqişə fonunda artan enerji xərcləri səbəbindən ötən illə müqayisədə təxminən 2 dəfə artıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi açıqlama yayıb. Hesabat dövründə ticarət kəsiri 2,8 trilyon yen (təxminən 17,8 milyard ABŞ dolları) təşkil edib.
Sözügedən dövrdə ixracın 63,4 trilyon yen (401 milyard dollar) həcmində rekord səviyyəyə çatmasına baxmayaraq, ticarət kəsiri yaranıb. Bu, ötən illə müqayisədə 18 faizlik artım deməkdir.
Maliyyə yarımilində Çinə yarımkeçiricilərin və digər elektron hissələrin, eləcə də ABŞ-yə avtomobillərin ixracı da artıb. İxracla yanaşı, idxal 20 faiz çoxalaraq rekord göstərici kimi 66,2 trilyon yenə çatıb. Enerji qiymətlərinin yüksəlməsi ilə yanaşı, yenin məzənnəsinin zəifləməsi də idxal xərclərinin artmasına səbəb olub.
