Parisin bəzi ərazilərində tətbiq edilən komendant saatı bazar ertəsinə qədər uzadılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Paris Polis Prefekturasının qərarına əsasən, Respublika meydanı və Les Halles rayonunda komendant saatı hər gecə saat 23:00-dan 06:00-dək qüvvədə olacaq.
Məhdudiyyətlər həftəsonu baş verən zorakılıq və talan hadisələrindən sonra tətbiq edilib.
Bundan əlavə, cümə səhərinədək Parisin Yelisey Sarayı, Milli Assambleya, Senat, Yelisey Şanzı prospekti və dəmiryol stansiyaları ətrafındakı ərazilərdə icazəsiz toplantılar qadağandır. Qadağa həm böyüklərə, həm də yetkinlik yaşına çatmayanlara şamil olunur.
