“Politico”: Aİ ölkələrində genişmiqyaslı etirazlar dalğası gözlənilir

A- A A+

Fransada başlayan və İtaliya da daxil olmaqla digər Avropa ölkələrinə yayılan sosial etirazların bu payız və qış aylarında Avropa İttifaqında genişmiqyaslı iğtişaşlara səbəb ola biləcəyini proqnozlaşdırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yaşayış xərclərinin və yanacaq qiymətlərinin artması bir sıra ölkələrdə, xüsusilə gənclər arasında narazılığı gücləndirir.

İtaliyada yük maşını sürücüləri yüksək yanacaq qiymətlərinə qarşı etiraz edirlər. Yaranmış vəziyyətin Baş nazir Corcia Meloninin hökuməti üçün ciddi sınağa çevrildiyi bildirilir. Hökumət yol blokadalarının aradan qaldırılacağına və dizel yanacağının qiymətləri ilə mübarizə tədbirlərinin görüləcəyinə söz verib.

Yunanıstanda minlərlə tələbə və müəllim təhsilə ayrılan vəsaitin artırılması, məktəblərin təhlükəsizliyi və mənzillərin əlçatan olması tələbi ilə nümayişlərə qatılıb. İspaniyada isə mənzil böhranı kütləvi etirazlara səbəb olub və noyabrın 11-də ümumi tətilin keçirilməsi planlaşdırılır.

Fransada Prezident Emmanuel Makron etirazların daha da genişlənməsinin qarşısını almaq məqsədilə nazirlər və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb. Ölkədə oktyabrın 24-də yeni nümayişlərin keçirilməsi gözlənilir.

“Politico” qeyd edir ki, iqtisadi qeyri-sabitlik və siyasi qütbləşmə Avropada gərginliyi artırır. Ekspertlər qışda enerji qiymətlərinin yüksəlməsinin ailələrin maliyyə yükünü ağırlaşdıra və sosial narazılığı daha da gücləndirə biləcəyi barədə xəbərdarlıq edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: