İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir oktyabrın 27-də keçiriləcək parlament seçkilərindən əvvəl İrana hücum etməyə zərurət görmür.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.
Məlumata görə, Zamir qapalı iclasda ordunun hazırkı vəzifəsinin seçkilərin təhlükəsiz və mümkün qədər sakit şəraitdə keçirilməsini təmin etmək olduğunu bildirib. O, zərurət yaranacağı təqdirdə, İrana zərbə endiriləcəyini də qeyd edib.
Qeyd edək ki, “Financial Times” qəzeti daha əvvəl İsrailin İrana qarşı genişmiqyaslı hücuma hazırlaşdığını, lakin ABŞ Prezidenti Donald Trampın buna qarşı çıxdığını yazıb. İsrailin Baş naziri Benyamin Netanyahu isə bu məlumatı təkzib edib.
