Avropa avtomobil sənayesi dilemma qarşısında

A- A A+

Dünya iqtisadiyyatının problemləri təkcə Hörmüz boğazının bağlanması və dünya enerji bazarında neftin qiymətinin artması ilə məhdudlaşmır. Hazırda dünya miqyaslı şirkətlərin gəlirləri azalır və onlar böhranla üzləşirlər.

NUHÇIXAN  xəbər verir ki, “Volkswagen” şirkəti 2030-cu ilədək 600 min əməkdaşının əməkhaqqını dondurmağı planlaşdırır. Almaniyanın avtomobil sənayesinin nəhənglərindən biri hesab edilən şirkət satışların kəskin azaldığını bildirir. Çin elektromobil istehsalçıları ilə rəqabətdə çətinlik çəkən şirkət Almaniyadakı zavodlarında çalışan 130 min işçinin əməkhaqqını 5,5 faiz artırmaqdan imtina edib.

“Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, şirkətin rəhbərliyi 2024-cü ildə həmkarlar ittifaqı ilə əməkhaqlarının 2026-cı ildə artırılmasını nəzərdə tutan müqavilə imzalayıb. Lakin Avropanı bürüyən iqtisadi böhran Almaniyadan da yan keçməyib və ilk növbədə avtomobil sənayesinə təsir göstərib. Almaniyada işçilərin əməkhaqqı son iki ildə 10 dəfə azalıb, inflyasiya isə 3 faiz artıb. İlin sonunadək inflyasiyanın daha 3 faiz artacağı gözlənilir.

Böhranla əlaqədar “Volkswagen” şirkəti yeni strategiya hazırlayıb. Bu isə həmkarlar ittifaqını narahat edir. Strategiyaya əsasən, işçilərə ödənilən əlavələrin və mükafatların verilməsi dayandırılır, bir sıra sexlərdə ixtisarlar aparılır və işçilərin iş yükü artırılır.

Avropanın avtomobil sənayesindəki böhran yalnız “Volkswagen” şirkətinə təsir göstərməyib. “Mercedes-Benz”, “Audi”, “Porsche” və digər avtomobil istehsalçıları da müxtəlif problemlərlə üzləşiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: