Çin xərçəngin müalicəsi üçün yeni texnologiya hazırlayıb

A- A A+

Çində xərçəngin müalicəsi üçün yeni nəsil ağır ion terapiyası sisteminin ilk nümayiş qurğusu hazırlanıb. Texnologiyanın şişləri daha dəqiq şüalandırmağa və sağlam toxumaların zədələnməsini azaltmağa imkan verəcəyi gözlənilir.

NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Müasir Fizika İnstitutu məlumat yayıb. Bildirilib ki, Quanqdonq əyalətinin Hueyçjou şəhərində hazırlanan qurğu hazırda sınaq mərhələsindədir. Onun 2026-cı ilin sonunadək klinik sınaqlara başlaması planlaşdırılır.

Yeni sistem əvvəlki qurğularla müqayisədə daha az sahə və enerji tələb edir. Onun illik müalicə imkanının 1000 xəstədən 2000–5000 xəstəyədək artırılması nəzərdə tutulur.

İnstitutun məlumatına əsasən, Çində yerli istehsal olan ağır ion terapiyası sistemləri vasitəsilə 2026-cı ilin sentyabr ayının sonunadək təxminən 5000 xəstə müalicə alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: