Türkiyə Orta Dəhlizi inkişaf etdirmək üçün şərq əyalətlərinin dəmir yolu infrastrukturunu modernləşdirir
Türkiyə hökuməti Ərzurum vilayətindən Gürcüstan sərhədinə qədər 288 kilometrlik dəmir yolu infrastrukturunun elektrikləşdirilməsi işlərini həyata keçirməyə hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, dekabrın 22-də “Şərqi Türkiyədə Orta Dəhlizin dəmir yolu şəbəkəsinin inkişafı” (ETMIC) layihəsi çərçivəsində infrastruktur və yerüstü qurğuların layihələndirilməsi və tikintisi üçün tender keçiriləcək.
ETMIC-in tender qərarının mətni oktyabrın 23-də rəsmi hökumət qəzeti olan “Resmi Gazete”də dərc edilib.
Dəmir yolu infrastrukturunun modernləşdirilməsi işləri üç ayrı hissəni - Divriği-Ərzincan, Ərzincan-Ərzurum və Ərzurum-Qars hissələrini əhatə edəcək.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu əvvəllər Ankaranın ölkənin Orta Dəhliz boyunca beynəlxalq nəqliyyatda mövqeyini gücləndirmək öhdəliyi barədə bildirmişdi.
Nazir Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər yeni bir yolun çəkilməsinin vacibliyini vurğulamışdı.
