Tokayev: Qazaxıstanın dövlət hakimiyyəti sistemi tamamilə yenilənib

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əsas Qanunun ölkədə dövlət hakimiyyəti sisteminin tamamilə yenidən qurulması ilə nəticələnən fundamental islahatların yeni mərhələsinə start verdiyini elan edib.

NUHÇIXAN Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bu açıqlamanı oktyabrın 25-də qeyd olunacaq Respublika Günü münasibətilə keçirilən təntənəli mərasimdə verib.

Prezidentin sözlərinə görə, Qazaxıstanda birpalatalı parlament - Kurultay yaradılıb, vitse-prezident vəzifəsi təsis olunub və Təhlükəsizlik Şurasının strukturunda lazımi dəyişikliklər edilib. Bundan əlavə, ən yüksək məsləhət orqanı olan Qazaxıstan Xalq Kenesi öz işinə başlayıb.

“Beləliklə, biz praktik olaraq “Güclü Prezident - nüfuzlu Parlament” - yəni Kurultay, habelə hesabatlı hökumət konsepsiyasını həyata keçirdik”, -deyə Tokayev vurğulayıb.

Prezidentin sözlərinə görə, hazırkı mürəkkəb və qeyri-sabit şəraitdə hökumət sistemində bu qədər genişmiqyaslı dəyişikliklər müasir dünyada heç vaxt görünməyib. O, islahatları Qazaxıstan üçün böyük siyasi addım adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: