Böyük Britaniyada fırtına ilə əlaqədar 9 mindən çox ev işıqsız qalıb, aviareyslər ləğv edilib

A- A A+

Böyük Britaniyanın cənub-qərb bölgələrini təsiri altına alan “Austen” fırtınası nəticəsində minlərlə ev elektrik enerjisiz qalıb, bir sıra aviareyslər ləğv edilib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Kornuoll və Devon bölgələrində 9 mindən çox evin elektrik təchizatında fasilələr yaranıb. “Loganair” aviaşirkəti bu gün üçün nəzərdə tutulan 18 reysin, o cümlədən Cersi adasından və Kornuollun Nyukey hava limanına həyata keçirilən uçuşların ləğv olunduğunu açıqlayıb.

Güclü küləklə əlaqədar Cersi və Gernsi adalarında ən yüksək səviyyəli qırmızı, Kornuoll və Devonun bəzi ərazilərində isə narıncı hava xəbərdarlığı qüvvədədir. Şotlandiyanın bəzi bölgələrində güclü yağışlarla bağlı sarı xəbərdarlıq elan olunub. Fırtına səbəbindən Cersi və Gernsi adalarında bütün məktəblər bağlanıb. Kornuollda isə bəzi məktəblərdə dərslər dayandırılıb və ya gec başlayıb.

Bundan əlavə, İngiltərənin cənub-şərq və şimal-qərb bölgələri, Şərqi Midlends və Uelsdə milyonlarla sakini əhatə edən güclü külək xəbərdarlığı qüvvəyə minir. Meteoroloqlar şənbə günü “Boelo” adlı növbəti fırtınanın Şotlandiya, Şimali İrlandiya, eləcə də İngiltərənin şimal-qərb və şimal-şərq bölgələrinə güclü külək gətirəcəyini proqnozlaşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: