Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib

A- A A+

Ukrayna Müdafiə Qüvvələri oktyabrın 22-dən 23-nə keçən gecə Rusiya ordusunun bir neçə hərbi hədəfinə zərbələr endirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilib.

Bəyanatda deyilir: “Təəssüf ki, “Starlink/StarShield” əlaqəsinin müəyyən sürətlə kəsilməsi halları hələ də qeydə alınır. Lakin Ukrayna qüvvələri düşmənlə döyüşməyə davam edir”.

Baş Qərargah qeyd edib ki, zərbəyə məruz qalan hədəflər arasında müvəqqəti işğal olunmuş Donetsk bölgəsində Rusiya ordusunun hücum dronları üçün saxlama, hazırlama və buraxılış yeri də var. Hərbçilər bildirirlər ki, bu cür hədəflərə zərbə endirmək düşmənin Ukraynanın mülki infrastrukturuna müxtəlif növ dronlarla hücum etmək qabiliyyətini azaldır.

Rusiyanın Donetsk bölgəsində yerləşən Qornyak yaxınlığındakı sursat anbarına, Sverdlovoedə dron bazasına və Berdyansk ətrafındakı logistika anbarlarına zərbələr endirilib. Ukrayna qoşunları, həmçinin Zaporojye bölgəsindəki Balkove və Orexovka yaxınlığındakı işğalçıların MTZ anbarlarını da vurub. “Silah və logistika anbarlarının məhv edilməsi Rusiya ordusu bölmələrinin təchizatını çətinləşdirir və onların döyüş əməliyyatları aparmaq qabiliyyətini azaldır”, -deyə Baş Qərargah vurğulayıb.

Vurulan digər hədəflər arasında müvəqqəti işğal olunmuş Qromovo şəhəri (Krım Muxtar Respublikası) yaxınlığındakı Rusiya qoşun bölməsinin komanda məntəqəsi və Zaporojye vilayətinin Kamenka şəhərində düşmənin “Rubikon” PUA bölməsinin şəxsi heyəti üçün toplaşma yeri də var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: