Rumıniyanın Baş naziri Luka Nikulesku Rusiyanın göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu, Komor adaları bayrağı altında üzən "Xorev" ticarət gəmisinə hücumunu pisləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.
L.Nikulesku hücumun Rusiyanın gərginliyi artırmaq səylərinin bir hissəsi olduğunu bildirib və baş verənləri kəskin şəkildə pisləyib.
"Bu həm də beynəlxalq hüququn, xüsusən də gəmiçiliyin azadlığının kobud şəkildə pozulması və Rusiya tərəfindən eskalasiyanın nəticəsidir", - o bildirib.
Baş nazir qeyd edib ki, Rumıniya müttəfiqləri ilə birlikdə addımlar atmağa davam edəcək, Bununla yanaşı, o Milli Silahlı Qüvvələrin təchizat proqramlarını xatırladıb.
"Gəmiçilik azadlığını və dənizdə təhlükəsizliyi təmin etmək üçün müttəfiqlərimizlə işimizi, habelə Bolqarıstan və Türkiyə ilə koordinasiyanı davam etdirəcəyik. Ölkəmiz Rumıniyanın NATO müttəfiqləri səviyyəsində göstərdiyi səylər nəticəsində əlavə təchizat əldə edəcək", - Nikulesku yekunlaşdırıb.
Qeyd edək ki, göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu, Komor adaları bayrağı altında üzən "Xorev" ticarət gəmisi pilotsuz uçuş aparatının zərbəsindən sonra Qara dənizdə batıb. Rumıniya hərbi-dəniz orqanlarının məlumatına görə, gəminin göyərtəsində 13 nəfər olub: 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı.
