Almaniya neft ehtiyatlarının daha bir hissəsini istifadəyə verir

A- A A+

Almaniya hökuməti beynəlxalq öhdəlikləri çərçivəsində strateji neft ehtiyatlarının əlavə hissəsini bazara çıxaracaq.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bu addım G7 ölkələrinin qərarına uyğun olaraq atılır.

Ölkə Beynəlxalq Enerji Agentliyinin müəyyən etdiyi bölgüyə əsasən, ümumilikdə 19,5 milyon barel neft ehtiyatını istifadəyə verməlidir. Bunun 6 milyon bareli artıq bazara çıxarılıb. Qalan 13,5 milyon barelin çıxarılmasında ilkin olaraq dizel yanacağına və soba yanacağına üstünlük veriləcək.

Müvafiq qərar oktyabrın 22-də qüvvəyə minib. Bununla Almaniyanın strateji neft ehtiyatlarının təmin etdiyi müddət müvəqqəti olaraq 90 gündən 82 günə endirilir.

Beynəlxalq Enerji Agentliyi martda İran müharibəsi nəticəsində gərginləşən neft bazarlarını sabitləşdirmək məqsədilə strateji ehtiyatların istifadəyə verilməsi barədə qərar qəbul edib. Münaqişə fonunda yanacaqdoldurma məntəqələrində qiymətlər kəskin artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: