Polşa ABŞ-nin hərbi bazasının yaradılmasına 3,8 milyard dollar ayıracaq

A- A A+

Polşa ölkə ərazisində Amerika hərbi bazasının yaradılması üçün təxminən 3,8 milyard dollar (15 milyard zlotı) sərmayə qoymağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

Nazirin sözlərinə görə, layihə yalnız hərbi obyektlərin tikintisini deyil, həmçinin təxminən 25 min nəfər üçün yaşayış və digər zəruri infrastrukturun yaradılmasını nəzərdə tutur.

Qeyd edib ki, Polşa ABŞ-nin yekun qərarını gözləyir. Müvafiq sənədlərin noyabrda Pentaqona göndərilməsi, qərarın isə dekabrda açıqlanması gözlənilir.

Sentyabrın əvvəlində ABŞ nümayəndə heyəti Polşada bazanın yerləşdirilməsi üçün potensial əraziləri nəzərdən keçirib. ABŞ Prezidenti Donald Tramp sentyabrın 17-də məsələ ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: