Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda avtomobilin suvarma kanalına aşması nəticəsində 6 nəfər həyatını itirib.
NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb edilib.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
