Latviya ərazisində PUA qalıqları aşkarlanıb

A- A A+

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

"Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xarici pilotsuz uçuş aparatı tapılıb. Partlayışa bənzər səs barədə məlumat daxil olduqdan sonra Milli Silahlı Qüvvələr Dövlət Polisi ilə əməkdaşlıq çərçivəsində mümkün düşmə yerinin axtarışına başlayıb", - məlumatda qeyd olunub.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır.

Bildirilib ki, insident zamanı mülki şəxslər xəsarət almayıb, həmçinin mülki infrastruktura ziyan dəyməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: