Sovet aviasiyasının əfsanəvi “Tu-134” təyyarəsi sonuncu uçuşunu həyata keçirib.
NUHÇIXAN xəbər verir ki, “Tu-134” təyyarəsi Yakutiyadan Novosibirskə sonuncu uçuşunu həyata keçirib. Bundan sonra təyyarə Novosibirskin Tolmaçyov aeroportunun Aviasiya Muzeyinə təhvil veriləcək.
“Tu-134” təyyarələri SSRİ dövründə Xarkov aviasiya zavodunda istehsal olunurdu. İlk “Tu-134” sərnişin təyyarəsi 1963-cü ildə havaya qalxıb. İyirmi il ərzində 854 belə təyyarə istehsal olunub.
Hazırda bu tip təyyarələr istismardan çıxarılıb. 1980-ci ildən istismar olunmuş və sonuncu uçuşunu həyata keçirən bu “Tu-134” 1990-cı illərin sonlarında SSRİ Xalq artisti Alla Puqaçovanın şəxsi təyyarəsi olub.