Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb

A- A A+

İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinə başçılıq edən Qulamhüseyn Möhsüni-Ejei ilə görüşdə müasir texnologiyalardan maksimum istifadəni tapşırıb.

NUHÇIXAN IRIB-yə istinadən xəbər verir ki, o bunu təşkilat və qurumların idarəetməsinə dəstək məqsədilə deyib.

"İranda ABŞ ilə İsrailin hücumları nəticəsində xalqa dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində işlər gücləndirilməlidir", - Xamenei əlavə edib.

Bundan başqa, cinayətə səbəb olan vəzifə səhlənkarlıqlarının araşdırılması, məsul qurumlarla əməkdaşlıq çərçivəsində cinayətkarlıqla qətiyyətli mübarizə aparılması, hüquq pozuntularına şərait yaradan amillərin aradan qaldırılması tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: