Nigeriyada aşkar edilən Ebola virusu Keniyadakı ştamla genetik bağlıdır

A- A A+

Nigeriyada qeydə alınan Ebola virusu genetik olaraq bu xəstəliyin Keniyada aşkar olunmuş ştamı ilə əlaqəlidir.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Nigeriyanın səhiyyə və sosial müdafiə üzrə naziri Əli Peyt bildirib.

“Bu hal, görünür, genetik olaraq Keniyadakı alovlanma ilə bağlıdır. Genom analizlərinə əsaslanaraq hələlik deyə biləcəyimiz yalnız budur. Ştamın məhz Keniyadan gətirilməsinə dair sübutlar yoxdur, lakin əlaqə aydın görünür", – deyə nazir "Arise News" telekanalına açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, analizlər Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin laboratoriyalarında, həmçinin Osun ştatının Ede şəhərində yerləşən Redemir Universitetində aparılıb.

Nigeriya Səhiyyə Nazirliyi oktyabrın 20-də ölkədə ilk Ebola halını təsdiqləyib. Söhbət Nigeriyaya Uqandadan aviareyslə gələn qadından gedir. Uqanda hakimiyyəti isə yoluxmanın onların ərazisində baş verməsi fərziyyəsini rədd edib. Uqanda Səhiyyə Xidmətinin baş direktoru Çarlz Olaronun sözlərinə görə, ölkədən çıxarkən həmin qadında xəstəliyin simptomları müşahidə olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: