Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb

A- A A+

Səudiyyə Ərəbistanının cənubunda Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxılmış ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.

NUHÇIXAN Səudiyyə Mətbuat Agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

"Bazar günü mülki müdafiə qüvvələri iki ballistik raketin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsini qeydə alıb", - bəyanatda qeyd olunub.

Dəqiqləşdirilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birindən olan şəxs xəsarət alıblar.

Bundan başqa, qalıqların düşməsi nəticəsində üç yaşayış evi və yeddi avtomobil zədələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: