Macarıstanda elektron siqaretdən istifadə ilə əlaqədar ağciyər transplantasiyası əməliyyatı aparılıb.
NUHÇIXAN xəbər verir ki, toksikoloq Qabor Zaxer elektron siqaretlərin, xüsusilə gənclər arasında populyar olan Elf Bar məhsullarının ciddi sağlamlıq riskləri yaratdığı barədə xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, elektron siqaret istifadəçiləri adi siqaretlə müqayisədə daha çox tüstü çəkə bilirlər.
Macarıstanın Milli Vergi və Gömrük İdarəsinin mətbuat nümayəndəsi Etelka Yuhasne Prantner bildirib ki, küçələrdən alınan bu məhsulların əksəriyyəti yoxlanılmayıb. Buna görə də onların tərkibi və sağlamlığa təsiri ciddi narahatlıq doğurur.
Mütəxəssislər, xüsusilə yeniyetmələrin bu cür məhsullardan istifadəsinin qarşısının alınmasının vacibliyini vurğulayırlar.
