Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum etdiklərini iddia ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria məlumat verib.
Onun sözlərinə görə, ölkənin şərq və qərb istiqamətlərində xam neft nəql edən nasos stansiyalarına zərbələr endirilib.
Husilər, həmçinin Yəmənin Ədən və Lahc əyalətlərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi hədəflərinə ballistik raketlərlə hücum etdiklərini bildiriblər.
Hücumların nəticələri barədə məlumat verilməyib.
