Pakistanda antiterror əməliyyatı: 6 silahlı və 2 hərbçi öldürülüb

A- A A+

Pakistanın şimal-qərbində keçirilən antiterror əməliyyatı zamanı “Tehreek-i-Taliban Pakistan” qruplaşmasının 6 üzvü öldürülüb. Baş verən atışmada 2 pakistanlı hərbçi də həyatını itirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat oktyabrın 24-də Xayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda silahlıların olduğu barədə kəşfiyyat məlumatı əsasında keçirilib.

Qeyd edilib ki, öldürülən silahlılar təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlarda iştirak etməkdə şübhəli biliniblər. Ərazidə digər silahlıların aşkarlanması məqsədilə əməliyyat davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: