Cənubi Afrika yazıçısı süni intellektin köməyi ilə 20 ay ərzində 370-dən çox kitab nəşr etdirib

A- A A+

Cənubi Afrika yazıçısı Koral Hart 2025-ci ilin fevralından bəri süni intellektdən istifadə edərək 370-dən çox kitab nəşr etdirib, O, tənqidlərə və təhdidlərə baxmayaraq bu yanaşmanı qızğın şəkildə müdafiə edir.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, müəllifə sosial mediada “fırıldaqçı” və “cinayətkar” damğası vurulur. Koral Hart əsl adını gizlətmək üçün onun istifadə etdiyi təxəllüsdür. Yazıçı on minlərlə nifrət mesajı və bir neçə ölüm təhdidi aldığını da qeyd edib.

Bu düşmən mühitdə süni intellektdən istifadə edən yalnız bir neçə müəllif açıq şəkildə danışmağa və üzlərini göstərməyə hazırdır. “Mən belə bir yanaşmanı ilk olaraq açıqlamağa qərar verdim: biz bu mövzuda söhbətlərə başlamalıyıq. Bu, artıq bir reallıqdır... Onlar bir neçə müəllifin dediyi üçün AI texnologiyasını bağlamayacaq və ya şəbəkədən çıxarmayacaqlar”, - deyə Hart bildirib.

Qırx yaşlı müəllif təxminən 20 ay əvvəl süni intellektlə yazmağa başlamazdan əvvəl 14 il nəşriyyat sahəsində çalışıb və texnologiya olmadan onlarla əsər qələmə alıb. Müxtəlif süni intellekt modelləri ilə tanış olmaq və kitab ərsəyə gətirə biləcək platforma yaratmaq üçün ona üç ay vaxt lazım olub. Yazıçı qeyd edib. “ChatGPT” və ya “Claude” sisteminə kitab yazmağı tapşırsanız, onda tamamilə “zay məhsul” alacaqsınız, çünki onların yaddaşında heç nə yoxdur”.

Müəllif süjet konsepsiyasını, üslubunu, personaj detallarını və fəsil konturlarını müəyyən edir. Yalnız bundan sonra onun sistemi kitablar yaradır. Hart izah edir ki, əvvəlcə kitabları ayrı-ayrı paraqraflar şəklində yaza bilirdi. “Adətən, bu, iki və ya üç tapşırıq tələb edirdi. İndi isə bir oturuşda bütöv bir kitabın qaralamasını əldə edə bilirəm”, -deyə o əlavə edir.

Hartın sözlərinə görə, 2025-ci ildən bəri süni intellekt modelləri əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Proza, sintaksis, cümlə quruluşu daha mükəmməl olub”.

Onun romanlarından biri “Amazon”un ən çox satılan 100 kitabı siyahısına daxil olsa da, 371 kitabının böyük əksəriyyəti sevgi romanıdır. Onlar diqqətli marketinq araşdırmaları əsasında konkret oxucu auditoriyasına uyğunlaşdırılıb.

Müəllifin öz hesablamalarına görə, 2026-cı ildə rəqəmsal, çap və audio formatlarda bir milyondan çox kitab sataraq 1 milyon dollardan artıq gəlir əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: