Belçikada şahzadə Elizabetin 25 illik yubileyi münasibətilə xatirə sikkəsi və poçt markası buraxılıb

A- A A+

Belçikada vəliəhd şahzadə Elizabetin 25 illik yubileyi münasibətilə qızıl xatirə sikkəsi və xüsusi poçt markası təqdim edilib.

NUHÇIXAN xəbər verir ki, Belçika Kral Sikkəxanası tərəfindən buraxılan sikkə ölkənin vəliəhd şahzadəsinin təsvir olunduğu ilk xatirə sikkəsidir. Saf qızıldan hazırlanan və nominal dəyəri 12,5 avro olan sikkənin üzərində şahzadə Elizabetin portreti, 25 rəqəmi və şəxsi monoqramı əks olunub. Sikkənin digər tərəfində isə Belçika kralı Filipin təsviri, nominal dəyər və ölkənin üç rəsmi dildə adı yer alıb.

Yüksək keyfiyyətlə hazırlanan sikkə 2026-cı ilin yeganə qızıl xatirə sikkəsidir. Onun tirajı cəmi 2500 ədədlə məhdudlaşdırılıb.

Belçikanın “Bpost” poçt xidməti də yubiley münasibətilə xüsusi marka buraxıb. Markada fotoqraf Bas Bogaertsin çəkdiyi şahzadənin ağ-qara portreti təsvir olunub. Qızılı detallarla bəzədilmiş marka vərəqlərinin tirajı 41 min 970 ədəddir. Hər vərəqdə beş marka var və qiyməti 8,15 avrodur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: