Belçikada stomatoloji xidmətlərin qiyməti sürətlə artır

A- A A+

Belçikada stomatoloji xidmətlərə çəkilən xərclər son illərdə əhəmiyyətli dərəcədə artıb.

NUHÇIXAN  xəbər verir ki, Milli Xəstəliklər və Əlillik Sığortası İnstitutunun məlumatlarına əsasən, dişlərin müalicəsi üzrə ödənişlərin həcmi 2021-ci ildən bəri 50 faizdən çox yüksəlib.

“L’Echo” nəşrinin yaydığı məlumata görə, 2021-ci ildə institut stomatoloji xidmətlərə görə 1 milyard avrodan bir qədər artıq vəsait ödəyib. 2025-ci ildə isə bu göstərici 1,6 milyard avroya çatıb. Eyni dövrdə göstərilən stomatoloji xidmətlərin ümumi sayı cəmi 16 faiz artıb.

Xərclərin yüksəlməsinin əsas səbəblərindən biri razılaşdırılmış tariflərin inflyasiyaya uyğun indeksləşdirilməsidir. Ümumi artımın təxminən yarısı bu amillə əlaqələndirilir. Bundan başqa, getdikcə daha çox stomatoloq dövlətlə razılaşdırılmış tariflərdən imtina edir və rəsmi qiymətlərə əlavə ödənişlər tətbiq edir.

Səhiyyə xərclərinin artırılmasına güzəştli tibbi kompensasiya almaq hüququ olan şəxslərin sayının çoxalması da təsir göstərir.

2025-ci ildə stomatoloji kabinetlərdə 4,4 milyon rentgen müayinəsi aparılıb. Bu müayinələr sosial təminat sisteminə 105 milyon avroya başa gəlib ki, bu da 2021-ci illə müqayisədə 49 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: