Bolqarıstanda prezident seçkilərində ikinci turun iştirakçıları müəyyənləşib - FOTOLAR

A- A A+

Bolqarıstanda Prezident seçkilərinin ilkin nəticələrinə əsasən, İliyana Yotova və Andrey Qyurovun rəhbərlik etdiyi namizəd cütləri ikinci tura yüksəlib.

NUHÇIXAN  Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, bülletenlərin 99 faizi hesablandıqdan sonra Yotova və Vitse-prezidentliyə namizəd Kiril Valçev 34,69 faiz, Qyurov və Georgi Kandev isə 31,98 faiz səs toplayıb.

İkinci turun noyabrın 1-də keçirilməsi gözlənilir. Seçkilərdə seçici fəallığı 50 faizdən aşağı olub.

Xatırladaq ki, Bolqarıstan Konstitusiyasına əsasən, Prezidentliyə namizədin birinci turda qalib gəlməsi üçün səslərin yarıdan çoxunu toplaması və səsvermə hüququ olan seçicilərin yarıdan çoxunun seçkidə iştirak etməsi tələb olunur. Bu şərtlər yerinə yetirilmədikdə, ən çox səs toplamış iki namizədin iştirakı ilə yeddi gün ərzində ikinci tur keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: