Kreml: Üçtərəfli danışıqlar Ukraynada hərbi əməliyyatların dayandırılması anlamına gəlmir

A- A A+

Üçtərəfli danışıqlar Ukraynada hərbi əməliyyatların dayandırılması anlamına gəlmir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada jurnalistlərə cari məsələləri şərh edərkən bildirib.

Oleşki şəhərində humanitar əməliyyat səbəbindən sabahdan etibarən Ukraynanın Xerson bölgəsində müvəqqəti atəşkəs rejiminin tətbiq edilməsi qərarını xatırladan Peskov, həmçinin ABŞ-nin bu məsələdəki dəstəyini yüksək qiymətləndirib. O əlavə edib: “Ümid edirik ki, Ukrayna tərəfi əldə edilən razılaşmalara əməl edəcək”.

Dmitri Peskov oxşar vəziyyətlərdə digər bölgələrdə də atəşkəs rejiminin tətbiq oluna biləcəyini qeyd edib.

Ukrayna məsələsi ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yenidən başlaması qərarına toxunan Peskov deyib: “Üçtərəfli danışıqların yenidən başlaması qərarı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutmur”.

Mətbuat katibi Ukrayna Prezidenti Volodimir Zelenskinin “ərazi məsələsi yalnız müharibəyə son qoymaq üçün liderlər səviyyəsində müzakirə olunmalıdır” açıqlaması ilə bağlı deyib: “Bütün bu məsələlər nizamlanma prosesində həll edilə bilər. Tezliklə çoxsaylı detalları əhatə edən çox ciddi görüş keçiriləcək. Bu detalları açıq şəkildə müzakirə etmək istəmirik, çünki bunun gələcək sülh prosesinə zərər verəcəyinə inanırıq”.

Peskov, həmçinin Serbiyada keçirilən növbədənkənar ümumi seçkilərdə qalib gələn siyasi partiyanın Rusiya ilə konstruktiv münasibətləri qoruyub saxlayacağına ümid etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: