Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Qert Yan Kupmanla görüşü zamanı regional sabitliklə bağlı məsələləri, eləcə də regional kommunikasiyaların blokdan çıxarılması üzrə işləri müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Eyni zamanda, bildirilib ki, Paşinyan Ermənistan hökumətinin nəqliyyat, energetika, rəqəmsallaşma sahələrində Aİ ilə əlaqələrin dərinləşdirilməsində və genişləndirilməsində, eləcə də ümumi iqtisadi diversifikasiya və dayanıqlılığın gücləndirilməsində maraqlı olduğunu bəyan edib.
Baş nazir Aİ-nin Ermənistan məhsullarının ixracının təşviqinə, eləcə də Ermənistan istehsalçılarının və ixracatçılarının zəruri texniki imkanlarının inkişafına yönəlmiş proqramların həyata keçirilməsinə yönəldilmiş dəstəyini diqqətə çatdırıb.
Q.Kupman qeyd edib ki, Aİ Ermənistan hökumətinin islahatlar proqramını alqışlayır və Ermənistanın davamlı inkişafına töhfə verən bütün sahələrdə əməkdaşlığı genişləndirərək bu prosesi ardıcıl olaraq dəstəkləməyə hazırdır.
