Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

A- A A+

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı bildirib.

Koretski deyib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır.

Ukrayna, həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.

Onun sözlərinə görə, Moldova Ukrayna ilə daha iki sərhəd-keçid məntəqəsinə birgə nəzarəti genişləndirməyə hazırdır.

Koretski deyib: "Biz birlikdə keçid məntəqələrində təhlükəsizliyi gücləndiririk. Moldovanın daha iki keçid məntəqəsində birgə nəzarəti başlatmağa hazırlığını alqışlayıram".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: